"Metropark"da zəhərlənmə müəmması: "Qazsızma olmayıb"
Bizi izləyin

Qırmızı.az

"Metropark"da zəhərlənmə müəmması: "Qazsızma olmayıb"

“Metropark” Ticarət Mərkəzində baş vermiş zəhərlənmə qazsızmadan baş verməyib.

Bunu Publika.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev məlumat verib.

"Oncəliklə onu bildirək ki, "Metropark"ın daxilində qaz kəmərləri yoxdur. Yalnız ticarət mərkəzinin qazanxanasına qaz verilir. Bu zaman da bütün təhlükəsizlik qaydalarına əməl edilir”.

Hadisənin ətraf binalardan sızan qazın oranın avtodayanacağına toplanması və burada dəm qazı yaratması ilə əlaqələndirilməsinə gəldikdə, İ. Kərbalıyev bu iddiaların da yanlış olduğunu deyib:

“Dəm qazı qaz sızmasından yox, yanacaq məhsullarının natamam yanması zamanı əmələ gəlir. Bizim və digər aidiyyəti qurumların mütəxəssisləri ərazidə olub, araşdırma aparıblar. Yekun rəydə hadisənin təbii qaz sızması nəticəsində baş vermədiyi təsdiqləndi. Aidiyyəti qurumlar digər ehtimallar üzərində araşdırma aparır”.

Qeyd edək ki, ötən gün “Metropark” Ticarət Mərkəzində zəhərlənmə baş verib. Hadisə nəticəsində 20 nəfər zəhərlənib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm