Azərbaycanda HALAL standartın RƏSMİ NÖMRƏSİ açıqlandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda HALAL standartın RƏSMİ NÖMRƏSİ açıqlandı

Azərbaycanda HALAL standartın RƏSMİ NÖMRƏSİ açıqlandı

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daha bir yeni standart qəbul edilib. Komitə tərəfindən “AZS 757 Halal Məhsulların Sertifikatlaşdırma Qaydaları” dövlət standartı təsdiq edilib”.

Bunu Modern.az-a açıqlamasında Standartlaşdırrma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidətinin rəhbəri Fazil Talıblı bildirib.

“Standart 17 fevral 2014-cü il tarixdən qüvvəyə minib. Bu standart həm yeyinti məhsulları haqqında qanuna, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin sertifikatlaşdırma ilə və bu sahənin tənzimlənməsilə bağlı verilmiş qərarlarına, həmçinin komitə tərəfindən 2012-ci ildə qəbul edilmiş “Halal ət” məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər standartını əhatə edir”.

Komitə sözçüsü bildirib ki, bu sənəd “Halal” termininin istifadəsi üzrə ümumi qaydaları və “Halal qida” standartlarına əsasən hazırlanıb. AZS 575 standartında halal məhsulların sertifikatlaşdırılması, məhsullara uğunluq sertifikatı verilməsi qaydaları öz əksini tapıb.

“Standarta əsasən halal məhsulların sertifikatlaşdırılması üçün sifarişçi bu sahə üzrə akkreditasiaya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müracit etməlidir. Həmçinin burada normativ sənədlər, xarici uyğunluq sertifikatlarının tanınması, şikayətlərə baxılması, uyğunluq sertifikatının ləğv edilməsi haqqında informasiyalar yer alır”.

Komitə nümayəndəsi bildirib ki, qaydalar təsdiqləndikdən sonra indi daha rahat, daha çevik, standarta uyğun şəkildə sertifikatlaşdırma mərhələlərindən istifadə etmək mümkündür.

“Yetər ki, sahibkarların marağı olsun və müraciət etsinlər. Standartın tələblərinə əsasən halal ət məhsulu istehsal etdiyini iddia edən sahibkarlar onu rəsmiləşdirsin. Komitənin müvafiq qurumlarına müraciət etsinlər. Əgər standartın tələblərinə uyğunluq varsa, sertifikatlaşdırma mütləq həyata keçiriləcək”.

Qeyd edək ki, komitə bir müddət əvvəl də “Halal” standartını qəbul etdi. Komitədən bildirdilər ki, hələki, heç bir şirkətə “Halal” standartı verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm