Bərdədə 4 nəfər 19 yaşlı qızı qaçırdı
Bizi izləyin

Qırmızı.az

Bərdədə 4 nəfər 19 yaşlı qızı qaçırdı

Bərdə rayonunun Bəcirəvan kənd sakini Fəxrəddin Qarayev qızının oğurlanması barədə pois şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, şikayət daxil olduqdan sonra əməliyyatçılar araşdırmaya başlayıb.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 19 yaşlı Aysel Baratlı öz həmkəndliləri 41 yaşlı Seyfəddin Quliyev, Elnur Süleymanov, Amil və Zamiq Əliyevlər tərəfindən kənddəki gözəllik salonundan çıxarkən qaçırılıb. Onlar qızı zorla avtomobilə mindirib. Həmin şəxslər qızı Sabirabad rayonuna aparıblar.

İşi araşdıran müstəntiq Çingiz Paşayev ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qızı ailə qurmaq məqsədilə qaçırıblar.

“Ailə qurmaq məqsədilə qaçırıblar. Amma zor tətbiq etməklə, yəni zərəçəkmişin iradəsinə zidd olaraq, onun razılığı olmadan qabaqcadan qrup təşkil edərək onu qaçırıblar”, - deyə Çingiz Paşayev bildirib.

Qaçırılan Aysel artıq ailəsinə təhvil verilib. Evlənmək üçün bu addımı atdığını deyən Amil Əliyev isə indi törətdiyi hadisədən peşmandır.

“Bir səhvdi etmişəm də... Çox peşmanam”, - deyə təqsirləndirilən Amil Əiyev bildirib.

Qeyd edək ki, adam oğurluğunda təqsirləndirilən Amil Əliyevi 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Polis hazırda hadisədə digər şəxslərin iştirakının olub-olmadığını araşdırır.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm