Millət vəkili Türkiyədə təhsil alan azərbaycanlılarla görüşdü
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Türkiyədə təhsil alan azərbaycanlılarla görüşdü

Millət vəkili Qənirə Paşayeva Sivas Cumhuriyet Universitetinin rektoru F.Kocacık və universitetdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Publika.az-ın məlumatına görə, millət vəkili rektor və tələbələrlə görüşdə Dağlıq Qarabağdan danışıb.

Cumhuriyet Universitetinin rektoru prof.Dr.F.Kocacık qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. O, Cumhuriyet Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artmasından məmuniyyət duyduqlarını və onların burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Cumhuriyet Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva azərbaycanlı tələbələrin burada özlərini vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib.

Millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və bu mövzularla bağlı millət vəkili Universitet gənclərinə geniş konfrans verib. Qənirə Paşayeva Cumhuriyet

Üniversitetinin rektorü F.Kocacıka və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden”, “Karadağlı Soykırımı tanıkların dilinden” ve “Bağanıs Ayrım Soykırımı tanıkların dilinden “ kitablarını ve digər kitablarını hədiyyət edib və onu Azərbaycana dəvət edib. Millət vəkili Qənirə Paşayeva həmçinin Cumhiriyet Üniversitetində çalışan bəzi azərbaycanlı müəllimlər və təhsil alan azərbaycanlı gənclərlə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm