Bu mağazalardan ərzaq almaq təhlükəlidir - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu mağazalardan ərzaq almaq təhlükəlidir - SİYAHI

İstehlak bazarında monitorinqlər davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Sabunçu rayonunda

- Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 22A ünvanında Məhəmməd Tağıyevə məxsus mağazada;
- Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində Cavid Həsənliyə məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Sabunçu rayonunda

- Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 12 ünvanında Sabirə Babaşovaya məxsus mağazada;
- Yeni Ramana qəsəbəsində Məmmədhəsən Həsənova məxsus mağazada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Nərimanov rayonunda

- Təbriz küçəsi, 55 ünvanında Rasim İsgəndərova məxsus mağazada;

Sabunçu rayonunda

- Ramana qəsəbəsində Dürdanə Süleymanovaya məxsus mağazada;

Bərdə rayonunda

- Şahvəlilər kəndində İsmayıl Əsgərova məxsus yeməkxanada;

Şabran şəhərində

- Nizami küçəsində İmran Məmmədova məxsus mağazada;

Şamaxı şəhərində

- N.Nərimanov küçəsində Asim Nərimanova məxsus mağazada;

Astara şəhərində

- N.Nərimanov küçəsində Məhəmməd Mirzəyevə məxsus mağazada;

Şəki şəhərində

- S.Rəhman küçəsində Mustafa Məmmədova məxsus mağazada;

Balakən şəhərində

- R.Səmədov küçəsində Laləzər Səfərovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm