“NLP Neyro Linqvistik Proqramlaşdırma” layihəsinin açılış mərasimi baş tutdu
Bizi izləyin

Qırmızı.az

“NLP Neyro Linqvistik Proqramlaşdırma” layihəsinin açılış mərasimi baş tutdu

“İrəli” Təlim və Karyera Mərkəzi gənclərin fərdi inkişafını və beynəlxalq təlim proqramlarından faydalanmasını təmin etmək məqsədilə layihələrini davam etdirir.

“İrəli” Təlim və Karyera Mərkəzi və Beynəlxalq NLP Masteri olan Babək Bayramovun birgə həyata keçirdiyiNLP| Neyro Linqvistik Proqramlaşdırma” layihəsinin açılış mərasimi baş tutub.

Açılış mərasimində “İrəli” Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı, Beynəlxalq NLP Masteri olan Babək Bayramov və layihədə iştirak hüququ qazanmış gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nihad Allahyarlı layihə haqda məlumat verib və layihənin təqdimatını keçirib. Daha sonra Babək Bayramov NLP və NLP-nin tətbiq sferası barədə məlumat verib.

Qeyd edək ki, dünyada ən tanınmış və bahalı təlim paketlərindən olan NLP seminar proqramı Azərbaycanda ilk dəfə tam ödənişsiz şəkildə “İrəli” Təlim və Karyera Mərkəzi tərəfindən start verilib.Bildirək ki,NLP dünyanın diqqətini özünə çəkən, prezidentlərin, siyasət və biznes adamlarının, bir sözlə uğur qazanmaq istəyən hər kəsin daim müraciət etdiyi sehrli güc deməkdir.

NLP–Neyro Linqvistik Proqramlaşdırma deməkdir. Neyro: Həyatda baş verənlərin beş duyğu vasitəsi ilə qəbul və emal edilməsi. Linqvistik: Şifahi və sözsüz ünsiyyət, həmçinin davranışlar vasitəsi ilə düşüncələri əks etdirmə tərzi. Proqramlaşdırma: Zehnin daxili proqramlarını istifadə edərək düşüncələri və ünsiyyəti arzuedilən hədəflərə çatacaq şəkildə nizamlamaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm