• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bayraqlı məhəllə - AFFA-nın işçisi evini bayrağa bürüyür - FOTOLAR

Bayraqlı məhəllə - AFFA-nın işçisi evini bayrağa bürüyür - FOTOLAR

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Hüseynqulu Sarabski küçəsi, ev 26 ünvanında yaşayan Əli Vəliyev yaşadığı mənzili üçrəngli bayrağımıza bürüyəcək. O, evinin divarlarını dövlət rəmzimizlə əhatə etmək arzusundadır.

Publika.az xəbər verir ki, Ə.Vəliyev hal-hazırda həyətindən iki bayraq asıb. Həmin küçənin sakinləri bildirdilər ki, Əli bayraqsevərdir. Bir müddətdir evinin həyətindən üçrəngli bayraq asan gənc bununla dövlətimizin rəmzlərinə olan sevgisini ifadə edir.

Əli Vəliyevin özü isə həyətindən bayraq asmasının səbəblərinə belə aydınlıq gətirdi: “Artıq uzun müddətdir bayrağımızı evimin həyətindən asmışam. Məqsədim insanlar arasında dövlət rəmzimizə sevgini və ehtiramı daha da artırmaq, onu təbliğ etməkdir”.

Onun sözlərinə görə, bayraqları həyətində asmasına görə bir neçə nəfər Əliyə irad bildirib: “Bəziləri soruşur ki, bayrağı niyə asmısan? Cavab verdim ki, bu, bizim müqəddəs rəmzimiz olduğundan daim başımız üzərində dalğalanmalıdır. Elə adam var, hətta təklif edib ki, bayrağı oradan çıxart. Demişəm ki, bunu heç vaxt etmərəm. Onun dalğalanması mənimçün qürurdur”.

Buzovnanın bayraqsevər sakininin bu addımı qəsəbənin Hüseynqulu Sarabskinin adını daşıyan küçəsinin adının yenilənməsinə səbəb olub: “Mən bayraqları buradan asdıqdan sonra hamı küçəni “Bayraqlı məhəllə” adlandırmağa başladı. İndi Buzovnada bayraqlı məhəllə dedikdə hamı söhbətin bizim küçədən getdiyini başa düşür”.

Əli Vəliyev bildirdi ki, evindən asmaq üçün böyük gerb axtarır.

Əli Vəliyev evindən bayraq asmaqla kifayətlənmir, həm də onu ciddi şəkildə qoruyur.

O bildirdi ki, gələcəkdə evinin damını üç rəngdə rəngləyib bayrağımıza bənzədəcək.

Əlinin sözlərinə görə, bayrağa sevgi hissi onda hələ uşaq yaşlarından yaranıb. Azərbaycan Futbol Federasiyası Asossiasiyasının Futbol Mərkəzində işləyən müsahibim bildirdi ki, onun federasiyadakı işi stadionun ot örtüyünə qulluq göstərməkdən ibarətdir: “Mən stadionda işləyirəm. Stadionun ot örtüyünə nəzarət edir, qazonun səliqəli qalmasına çalışırıq. Tez-tez yarışlar keçirilir. Bəzən çempionatlara gələn fanklubların üzvlərində bayrağa qarşı etinasızlıq hiss edirəm. Sanki bəziləri yarışlarda bayrağımızı dalğalandırmağa çəkinirlər. Bəzən əcnəbilər stadionda öz komandalarının oyununu izləyərkən ölkələrinin bayraqlarını dalğalandırırlar. Bunu isə sözün əsl mənasında qısqanclıq hissi ilə qarşılayıram. Axı nəyə görə biz öz bayrağımızı kütləvi şəkildə dalğalandırmayaq?”

Yeri gəlmişkən, Əli Vəliyevin babası da SSRİ dörvündə dövlət rəmzlərinə xüsusi münasibət bəsləyən şəxslərdən olub. Belə ki, o, evinin qapısına Sovet İttifaqının beşguşəli ulduzunu vurdurub.

Anar Tağıyev

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR