Azərbaycanda nəsli kəsilməkdə olan quşların sayı müəyyənləşdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda nəsli kəsilməkdə olan quşların sayı müəyyənləşdi

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşları “Xəzər dənizinin Azərbaycan sahillərində nadir, nəsli kəsilməkdə olan quşların müasir vəziyyətinin öyrənilməsi və qorunmasının elmi əsaslarının hazırlanması” mövzusunda tədqiqat işləri aparıb.

Publika.Az-ın verdiyi məlumata görə, araşdırma nəticəsində 76 nadir quş növünün müasir vəziyyəti müəyyən edilib və onları qorumaq, sayının artımına nail olmaq məqsədilə elmi əsaslandırılmış tövsiyyələr hazırlanıb. Işin rəhbəri, Zooloji muzeyin direktoru, biologiya üzrə fəlsəfə doktoru İlyas Babayevin fikrinə görə, bu quşların 23 növü antropogen təsir səbəbindən azalıb və təhlükəyə yaxındır. Onlardan 4 növ həssas, 9 növ təhlükədə, 11 növ isə böhran vəziyyətindədir. 1 növ (Qara leylək) və 2 yarımnövün (Qafqaz və Talış qırqovulu) nəsli kəsilib. 26 növ isə antropogen təsirdən asılı olmayaraq həmişə az saylı və ya təsadüf rast gəlinəndir.

Xəzərin Azərbaycan sahillərində bu kimi quşların məskunlaşdığı ərazilər Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı, Yenikənd Su anbarı, Ağzıbir gölü və Samur Yalama Milli Parkıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm