“Ən fəal oxucu” mükafatlandırıldı
Bizi izləyin

Qırmızı.az

“Ən fəal oxucu” mükafatlandırıldı

Bu gün 189 saylı orta məktəbdə şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, bu, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən keçirilən silsilə tədbirlərdəndir.

189 saylı məktəbdə təşkil edilən tədbirin bədii hissəsində qonaqlar şagirdlərin bədii ədəbiyyata aid rəsm əsərləri və təqdimatları ilə tanış oldular.

Tədbirdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Yazıçılar Birliyi və bir sıra məktəblərin direktorları iştirak edib. Anarın iki kitabı Yazıçılar Birliyi əməkdaşları tərəfindən məktəbin kitabxanasına hədiyyə ounub.

Qonaqlar 10-11-ci sinif şagirdlərinin iştirakı ilə İsmayıl Şıxlının “Dəli Kür” və Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərlərini müzakirə ediblər.

İbtidai siniflərin iştirakı ilə isə Oskar Uayldın “Zvyozdnıy malçik” və Henrix Malonun “Bez semyi”, Aleksandr Belyayevin “Amfibiya adam” əsərləri müzakirə edilib.

Müzakirələr zamanı şagirdlər əsərlərin müsbət və mənfi qəhrəmanlarını, onların davranışlarını təhlil ediblər. Məktəbin direktoru Ceyran Quliyeva bu cür tədbirlərin şagirdlərin nitq, danışıq, təfəkkür qabiliyətinin inkişafındakı rolundan danışıb. Bədii ədəbiyyatın onların bir vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib.

Tədbirin sonunda “Ən fəal oxucu”, “Bədii əsərlər haqqında ən yaxşı inşa”, Bədii əsərə aid ən yaxşı rəsm əsəri”, “Bədii əsərə aid ən maraqlı təqdimat” müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm