• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bu küçə təmirə bağlandı

Bu küçə təmirə bağlandı

Bakıda iki əsas prospekti - Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən Ələsgər Qayıbov küçəsinin əsaslı yenidənqurma işlərinə başlanılıb.

Bu barədə Publika.az-a"Azəryolservis" ASC-dən məlumat verilib.

Bildirilib ki, Sovet dövründə köhnə texnologiya və normativlərlə inşa olunan həmin küçədə drenaj xətti olmadığı üçün yol örtüyünün səthində çoxsaylı gölməçələr yaranırdı ki, bu da yol örtüyünün deformasiyası və dağılmasına səbəb olmuşdu, həmçinin avtomobillərin hərəkətinə maneə törədir.

Yolun əhəmiyyəti nəzərə alınaraq bu gündən yolda təmir işlərinə başlanılıb. İki gediş və iki gəlişdən ibarət küçə əsaslı şəkildə yenidən qurulacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR