Evinə girən qarətçiləri doğradı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Evinə girən qarətçiləri doğradı - FOTOLAR

Argentinada yaşan kişi evinə basqın edən qarətçilərə sözün əsil mənasında “dərs” verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kerro Norte şəhərində gecəyarısı baş verib.

Belə ki, 49 yaşlı Kosta və onun 48 yaşlı arvadı Kristina gecə yatarkən evinə 4 nəfər tərəfindən silahlı basqın edilib. Oğurluq məqsədi ilə evə basqın edən şəxslərin əlində tapança olub.

Qarətçilər başı evdəki əşyaları oğurlamağa qarışdığı zaman Kost samuray qılıncını götürərək onların üzərinə hücum çəkib. Oğrular panika içində evdən 407 dollar məbləğində pul götürərək dördü də avtomobilə minərək aradan çıxıb.

Qan itkisindən huşunu itirən sürücü avtomobili ağaca çırparaq yarı yolda saxlamalı olub. Samuray qılıncı ilə doğram-doğram olan qarətçilər xəstəxanaya getməyə məcbur olublar. İki kişi, biri qadın olan polis qarətçiləri yaxalayıb. Digər qarətçi isə hadisədən bir gün sonra yaralı olaraq xəsətxnaya gəlib.

Amma şokda olduqlarından hələ onları dindirmək mümkün olmayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm