"Qahirə" telekanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib
Bizi izləyin

Qırmızı.az

"Qahirə" telekanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib

2014-cü ilin 17 fevral tarixində Misirin "Qahirə" televiziya kanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib.

2014-cü ilin 17 fevral tarixində Misirin "Qahirə" televiziya kanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, verilişdə Xocalı haqqında ərəb dilində "Məhv edilmiş şəhər" sənədli filmi göstərilib.

Filmdə Xocalı hadisələrinin baş vermə səbəbləri, Sovet İttifaqı rəhbərliyinin erməni separatçılarına, Ermənistan hökümətinə havadarlığı, 1992-ci il 25-26 fevral tarixində Xocalıda dinc Azərbaycan əhalisinə qarşı törədilmiş vəhşiliklər geniş şəkildə nümayiş etdirilib.

Veriliş çərçivəsində müsahibə verən səfir Şahin Abdullayev 1980-ci illərin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verərək, SSRİ-in dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulayıb.

Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda dislokasiya olunan keçmiş SSRİ-in 366-cı alayının da iştirak etdiyini deyən Ş.Abdullayev Xocalının insanlıq əleyhinə cinayət olduğunu bildirib və Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Ətraflı: http: //www.youtube.com/watch'v=GJ6xkF2WlXk&feature=em-upload_owner

Oxumağa davam et
Reklam
Reklam

Gündəm