Bakıda işləməyən işıqfor tıxaca səbəb oldu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda işləməyən işıqfor tıxaca səbəb oldu - FOTOLAR

Hazırda paytaxtın Şövkət Məmmədova küçəsi, “Oazis” restoranının qarşısında avtomobillərin hərəkətində sıxlıq yaranıb. Buna səbəb həmin ərazidə olan işıqforun işləməməsidir. Avtomobillər bir-birinə yol vermədiyindən ərazidə uzun tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda həmin yolda hərəkət tənzimlənir və işıqforla bağlı siqnal idarəsinə məlumat verilib.

Digər tıxac olan küçələrə gəlincə, Heydər Əliyev prospekti əsas yolda təmir getdiyindən kənar yol – şəhər istiqamətində, Nərimanov heykəlinin yanı, Bünyad Sərdarov və Nərimanov prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

M. Müşfiq və Həsən Əliyev küçələrində də tıxac var. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm