Xaricdə təhsil üçün qəbul başladı
Bizi izləyin

Qırmızı.az

Xaricdə təhsil üçün qəbul başladı

Bu gündən 2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na sənəd qəbulu başlayıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, sənədlərin qəbulu aprelin 15-dən iyulun 15-dək elektron ərizə (http://xaricdetehsil.edu.gov.az) vasitəsilə həyata keçiriləcək.

Elektron ərizələrin doldurulması üçün son tarix 15.07.2015-ci il, saat 23:59-dur. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə Nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək.

Türkiyədə təhsil almaq istəyənlər elektron ərizələrini iyulun 15-ə qədər tamamlayaraq təsdiq etməlidirlər.

TQDK-nın bakalavr səviyyəsi üzrə qəbul imtahanlarında (14-25 iyul 2015) iştirak edəcək namizədlər yalnız elektron ərizələrini son sənəd qəbulu tarixinə qədər təsdiqlətdikləri və sözügedən imtahanlarda tələb olunan balı (texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə 600-dən yuxarı) topladıqları, müvafiq bala dair arayışı 01.08.2015-ci il tarixinədək elektron ərizələrinə əlavə etdikləri halda, qısa zamanda müsahibəyə dəvət ediləcəklər.

Müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla http://xaricdetehsil.edu.gov.az/uploads/elan2015.pdf keçiddən tanış ola bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm