Bakıda qız ona sataşan oğlanı küçədə döydü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda qız ona sataşan oğlanı küçədə döydü - VİDEO

Bakıda qız ona sataşan oğlanı küçənin ortasında döydü. Hadisə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında baş verib.

Hadisə şahidlərinin məlumatına görə, gənc bir oğlan iki xanıma söz atıb, xanımlardan biri oğlanın bu hərəkətinə sərt cavab verib. Publika.az-ın oxu.az-a istinadla verdiyi məlumata görə, qızın cavabı oğlanın xoşuna gəlmədiyi üçün o, qızlardan birinə nalayiq hərəkət etmək istəyib.

Lakin söz atan oğlanın niyyəti gerçəkləşməyib. Belə ki, xanımlardan biri peşəkar idmançı olub. İdmançı xanım ona qarşı nalayiq hərəkətlər etmək istəyən oğlanı elə küçənin ortasındaca əzişdirib.

Hadisəni kənardan izləyən insanlar da baş verənlərə təkcə tamaşa etməklə kifayətlənməyib. Onlar olayı lentə almaq qərarına gəliblər.

Görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm