Tatarıstan Prezidenti Gəncədə “ASAN”da
Bizi izləyin

Qırmızı.az

Tatarıstan Prezidenti Gəncədə “ASAN”da

Bu ilin fevralında Gəncə Avtomobil İstehsalat Birliyi ilə Rusiyanın nəhəng avtomobil şirkəti olan “KamAZ” ASC arasında bağlanmış uzunmüddətli müqaviləyə əsasən, yeni konveyer xəttinin açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, açılış mərasimində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Koqoqin və digər şəxslər iştirak ediblər.

Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişafında xarici iqtisadi əlaqələrin gündən-günə genişləndirilməsinin prioritet sahə olduğunu qeyd edib, bu işə ölkə başçısının daha çox önəm verdiyini diqqətə çatdırıblar.

Gəncə avtomobil zavodunda Rusiyanın “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışını məhz bu sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndiriblər.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycanda, xüsusilə də Bakıda gördüklərinin onu heyran etdiyini bildirib: “Respublikada gedən sürətli yüksəliş söz yox ki, iqtisadi inkişafın nəticəsidir. Tatarıstanla qurulan bu yeni əlaqələr isə söz yox ki, başlanğıcdır. “KamAZ”-ın Gəncə avtomobil zavodunda yığılması isə bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin başlanğıcı kimi dəyərləndirmək olar”.

Daha sonra Gəncə avtomobil zavodunda yığılmış ilk “KamAZ” avtomaşınının konveyerdən çıxmasını müşahidə edən Tatarıstan Prezidenti Rüstəm Minnixanov və onu müşaiyət edən rəsmi şəxslər zavodda istehsalat sahələri ilə yaxından tanış olub, mütəxəssislərlə söhbət ediblər.

Sonra Tatarıstan Prezidenti Rüstəm Minnixanov “Gəncə ASAN” Mərkəzi ilə də yaxından tanış olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm