Bakıda tramvay xətti çəkiləcək
Bizi izləyin

Qırmızı.az

Bakıda tramvay xətti çəkiləcək

“Bakıda Tramvay yolları ilə bağlı 5 variant var. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin layihələrə baxır”.

“Bakıda Tramvay yolları ilə bağlı 5 variant var. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin layihələrə baxır”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu layihələr Komitənin sifarişi ilə müxtəlif ölkələrdən tender vasitəsilə seçilən peşəkar məsləhətçilər tərəfindən hazırlanıb: “Layihənin hazırlanmasında Amerika, Avstraliya, İspaniya və digər ölkələrin təcrübələrindən istifadə olunub. Lakin hansı layihənin təsdiqlənəcəyi haqqında hələlik heç bir məlumat verə bilmərik. Çünki layihə ilə bağlı komitədə geniş müzakirələr aparılır. Müzakirələr bitdikdən sonra nəticələr media nümayəndələrinə və ictimaiyyətə təqdim olunacaq. Bu iş Nəqliyyat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək".

Komitə sədri həmçinin ölkədə tikilən evlərin vəziyyəti və onların planları ilə bağlı məsələyə də toxunub: “Ölkə başçısının tapşırığına görə, hər bir məhəllə üçün ayrıca plan olmalıdır. Plan 2 il müddətinə hazırlanmalıdır. Yalnız plandan sonra əraziyə uyğun olaraq, bina tikilişinə icazə verilir. Tikili həmin ərazinin infrastrukturuna uyğun şəkildə komitə tərəfindən müəyyənləşdirilməlidir. Misal olaraq plan hazırlandıqdan sonra komitə müəyyən edir ki, həmin ərazidə 10 və ya 14 mərtəbəli bina tikilə bilər. Heç bir tikinti şirkəti plan təsdiqlənməmiş tikintiyə başlaya bilməz. Bu tikinti qaydalarıdır və hər bir sahibkar bu qaydalara riayət etməlidir”. /SİA/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm