Qırmızı.az
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər müzakirə olunub
Aprelin 15-də Milli Məclisin təhlükəsizlik və müdafiə
komitəsinin iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət
Əsgərov gündəlikdəki məsələ - “Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə dair
məlumat verib. Bildirilib ki, Əsasnamə Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq
edilib.
Diqqətə çatdırılıb ki, qanun layihəsinə görə, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi
qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların
köməkçiləri istisna olmaqla), habelə ölkəmizin hüdudlarından
kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və
xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb
olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq
icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda
Azərbaycandan gedə bilərlər.
Məlumat verilib ki, bu dəyişikliklər Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmaq məqsədi ilə nəzərdə
tutulub.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar
iclasına tövsiyə olunub. (AZƏRTAC)
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü