“Statistika dairəsi” təmirə bağlanır
Bizi izləyin

Qırmızı.az

“Statistika dairəsi” təmirə bağlanır

Statistika Komitəsinin qarşısı təmir olunacaq.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, növbəti tədbirlərdən biri də İnşaatçılar prospektində yerləşən dairədə (Dövlət Statistika Komitəsinin qarşısı) nəzərdə tutulur. Müxtəlif istiqamətlərdən sözügedən dairəyə daxil olan nəqliyyat vasitələri nişanlanma xəttinin tələbini pozur ki, bu da ərazidə sıxlığın yaranmasına səbəb olur. Belə ki, Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar prospektindən gələn nəqliyyat vasitələrinə yol vermək əvəzinə birbaşa dairəyə daxil olduğu üçün ərazidə tıxac yaşanır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC yaxın günlərdə həmin ərazidə müvafiq tədbirlər görməyi planlaşdırır.

Qeyd edək ki, son bir neçə ay ərzində Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC tərəfindən Bakı şəhərində hərəkətin tənzimlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm