• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Mehmanxanalarda işləyənlərin sayı açıqlandı

Mehmanxanalarda işləyənlərin sayı açıqlandı

2014-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta illik siyahı sayı 2013-cü illə müqayisədə 750 nəfər artaraq 9009 nəfərə çatıb. Bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği 425,6 manat təşkil edib.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata förə, 2014-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2013-cü illə müqayisədə 5,7 faiz artaraq 181,0 milyon manata çatıb. gəlirlərin 64,7 faizi nömrələrin satışından, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışından, qalan hissəsi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Müəssisələrin xərcləri 1,1 faiz artaraq 147,1 milyon manat təşkil edib. Xərclərin əsas hissəsini əmək haqqı xərcləri, içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, əsas fondların amortizasiyası və bütün nov sosial sığortalar üzrə ayırmalar xərcləri təşkil edib. Bu xərclərin ümumi xərclərdəki payı müvafiq olaraq 31,3 faiz, 16,0 faiz, 8,9 faiz və 7,2 faiz olub.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR