Qırmızı.az
Bakıda daha bir körpə ölümü
Yeni can dünyaya gətirmək istəyən ana körpəsini qucağına ala bilmədi. Bakıdakı 7 saylı doğum evində doğuş zamanı ana görpəsini itirdi.
Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün həmin xəstəxanaya yollandıq. Əməlliyatı aparan Sənubər Bəhrzalova ilə söhbət əsnasında xəstənin qohumları otağa daxil olaraq həkimi səhlənkarlıqda günahlandırmağa başladılar.
Xəstə İradə Hüseynovanın əri Namiq Hüseynov deyir ki, xanımı 9 ay müddətində Bayıl qəsəbəsində 5 saylı qadın məsləhətxanasında daim nəzarətdə olub. Və bu günə kimi heç bir problem çıxmayıb. Yaxınların məsləhəti ilə 7 saylı doğum evinə gələn İradə xanıma həkim bildirib ki, doğuş üçün hələ tezdir. 2-ci dəfə gəlişi zamanı da İradə xanım eyni cavabı alıb. Sonuncu dəfə məsləhətxanaya gedən zaman isə həkim bildirib ki, artıq 2 həftə əvvəl doğuş olmalıymış. Gecikmə baş verir və dərhal doğum evinə getməlisiz. Bundan sonra Namiq Hüseynov xanımını yenidən həmin doğum evinə gətirib. Həkim bu dəfə xəstəxanada qalmasını deyib. Gecə saat 2 radələrində isə əməlliyata daxil edilib.
Həkim Sənubər Bəhrzalovanın sözlərinə görə xəstə doğum evinə daxil olan zaman vəziyyəti kafi qiymətləndirilib. Sadəcə qarın nahiyəsində ağrılar olub. Gecə saatlarında xəstənin halı pisləşib, urək döyüntüləri zəifləyib. Bu səbəbdən İradə Hüseynova təcili əməlliyata hazırlanıb.
Həkimin son sözü bu oldu ki, bütün zəruri tədbirlər görülüb. Ananın sağ qalması naminə son olaraq körpəni götürməli olmuşuq. Amma bunun sonunu biz də belə gözləmirdik.
Fakt isə faktlığında qalır. Doğuş zamanı körpə dünyasını dəyişib. Həkim səhlənkkarlığı olub-olmaması isə artıq tibbi ekspertizanın nəticələrindən sonra bilinəcək. /ANS TV/
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR