Azərbaycanda dəhşətli qətl
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dəhşətli qətl

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, Xızı rayonunda Yaşma bağları tərəfdə bir nəfər başından güllələnərək öldürülüb.

Bu barədə ANS PRESS-ə ölən şəxsin qohumları məlumat verib. Qohumların sözlərinə görə, 29 yaşlı Qurbanov Rasim Yasin oğlu Şirvan dəmiryolu mühafizəçiləri tərəfindən güllələnib. Belə ki, Rasim Qurbanov heyvan otarırmış, lakin ani olaraq heyvanları itirib. Rasim Qurbanov heyvanları axtara-axtara Şirvan dəmiryolunun ərazisinə daxil olub.

Dəmiryolunun mühafizəçiləri onu oğru bilərək hücum ediblər. Rasim Qurbanov qorxusundan qaçmağa başlayıb. Mühafizəçilər isə tapançadan atəş açaraq onu başından vurublar.

Qohumların sözlərinə görə, mühafizəçilər ölən gəncin meyitini təhqir ediblər. Onun meyitini döyüb və soyundurublar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm