Akif Əlizadə: “Müsəlman yalnız oruc tutan, namaz qılan şəxs deyil”
Bizi izləyin

Qırmızı.az

Akif Əlizadə: “Müsəlman yalnız oruc tutan, namaz qılan şəxs deyil”

“Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanlar yaşayır. Bu, onların hüququdur. Ölkəmizdə din siyasətinin uğurla davam etməsinin əsas səbəbi onun qədim tarixə malik olması ilə əlaqədardır”.

Publika.az-ın məlumatına görə, bu sözləri AMEA prezidenti Akif Əlizadə “İslam Maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

A.Əlizadə bildirib ki, sivilizasiyanın beşiyi olan Azərbaycanda atəşpərəstlik məbədi, katolik kilsələri mövcuddur. İslamın müxtəlif təriqətləri arasında fərq qoyulmasa da, şiə və sünni məscidləri mövcuddur.

Elmlə dinin əlaqəsinə toxunan A.Əlizadə islam alimlərinin elmə verdiyi töhfələrdən danışıb:

“İlk islam universitetinin yaranması Avropada bir sıra ali məktəblərdən öncə yaranıb. Əlbəttə, biz kimin daha öncə olmasından daha çox onların yaratdıqları yeniliklərə, elmə verdikləri töhfələrdən danışa bilərik. Müsəlman yalnız oruc tutan, namaz qılan şəxs deyil. O həm də azadlıq, həyat yolunu dərk etməlidir. İnsan üçün biliyə yiyələnməkdən savab iş ola bilərmi? İnsanları düşüncələrinə görə öldürmək istəyənlərə ilk dəfə “yox” sözünü müsəlman alimləri dedilər”.

A.Əlizadə onu da vurğulayıb ki, müstəqillik əldə ediləndən sonra da Azərbaycanda İslam Universiteti açılıb, məscidlər tikilib, təmir edilib. Bu bir daha ölkəmizdə dinə verilən dəyərin göstəricisidir.

“İslam maarifçiliyi müasir dövrdə aktuallıq təşkil edir. Sivilizasiyaların qarşı-qarşı qoyulması dövründə bu məsələ aktuallaşır. Çünki islam dini sülhü, azadlığı, insana hörməti təbliğ edir. İslam maarifçiliyi ilə elm birlikdə hərəkət edir. Xüsusən də ötən əsrin 70-ci illəri ilə müqayisədə bu gün elm və dinin vəhdəti önəmli mərhələyə çatıb. İslam dini ulu babalarımızdan bizə ötürüldüyü kimi biz də, onu qoruyub gələcək nəsillərə çatdırmalıyıq”,- deyə AMEA prezidenti qeyd edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm