Bərdədə evə basqın edildi: qan töküldü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bərdədə evə basqın edildi: qan töküldü - FOTOLAR

Bərdə rayonunda yaşayış evinə silahlı basqın edilib.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, hadisə ötən gecə saat 03.00 radələrində Türkman kəndində baş verib.

Türkman kənd sakini Çingiz Əliyevin bildirdiyinə görə, gecə yarısı onun evinə tanımadığı şəxslər tərəfindən basqın edilib. Evə daxil olanlar heç bir şey soruşmadan ona qarşı fiziki zor tətbiq ediblər. "Çağırılmamış qonaqlar" ev sahibinə bıçaqla yüngül xəsarətlər yetiriblər. Onun bildirdiyinə görə, basqınçılar qaçarkən evdə onlara məxsus gödəkçə və bir ədəd bıçaq da qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm