Mübariz Qurbanlı: “Məzhəblərarası münaqişələr əslində İslamın problemi deyil”
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlı: “Məzhəblərarası münaqişələr əslində İslamın problemi deyil”

“Dünyanın 57 ölkəsi İslam Əməkdaşlıq təşkilatını yaradıb. Müasir dünyanın səhiyyə, elm və digər sahələrdəki çağırışlarına İslam dünyası da qoşulur. Bu problemlərin həlli üçün dünya ölkələrinin birliyi vacibdir”.

Publika.az-ın məlumatına görə, bu sözləri Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konfransında çıxışı zamanı deyib.

M.Qurbanlı onu da bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində 80-ə yaxın silahlı münaqişə var. Onların əksəriyyəti silahlanmış formadadır. Təəssüf ki, onların əksəriyyəti islam ölkələrinə mənsubdur:

"Bu mənzərəyə baxsaq, təriqət, mənsəb münaqişələri üstünlük təşkil edir. Təəssüf ki, din məsələsi ön plana çıxır. Bunun qarşısını almaq üçün İslam maarifçiliyinə ehtiyac var. Müasir dövrdə islam maarifçiliyinin öz xüsusiyyətləri var. Bu maarifçilik dinlərarası münaqişələrin həllinə yönəlib. İslam mütərəqqi dindir. Bunun sübutu Qurani-Kərimdə, Məhəmməd Peyğəmbərin fəaliyyətində özünü göstərir. İslam dini sülhə, birgə yaşayışa, zərərli vərdişlərdən uzaq durmağa çağırır. Təriqət, mənsəblər arası problemlər islamdan yox, onu bilməzlikdən irəli gəlir”.

İslam adı ilə fəaliyyət göstərən dini təriqətlərin onu gözdən salmağa yönəldiyini deyən Komitə sədri bildirib ki, xüsusən qərbdə texniki yeniliklərdən istifadə edərək islam gözdən salınır: “Bu gün baş verən məzhəblərarası münaqişələr əslində İslamın problemi deyil. Bu, İslamın kimlərinsə əlində vasitəyə çevrilməsindən irəli gəlir. Bu da özünü dini münaqişələr şəklində biruzə verir. Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib. Xüsusən Qərbdə islamafobiyanın yaranmasına səbəb olur.İslam ölkələri arasında islam maarifçiliyi üçün koordinasiya yaradılmalıdr. İslam Əməkdaşlıq Təşkilatı bu koordinasiyanı qurur, amma bu işi daha da dərinləşdirmək lazımdır”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan dini radikalizmin son dərəcə az yayıldığı ölkədir. Bu mövqeyi daim qorumalıyıq.

Onun sözlərinə görə, dini radikalizm tək İslamda deyil, digər dinlər daxilində də olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm