TQDK magistraturaya qəbulla bağlı onlayn sınaq imtahanı keçirəcək
Bizi izləyin

Qırmızı.az

TQDK magistraturaya qəbulla bağlı onlayn sınaq imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün onlayn sınaq imtahanı keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün onlayn sınaq imtahanı keçirəcək.

TQDK-dan bildiriblər ki, qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Sınaq imtahanına yazılışın fevralın 25-dən həyata keçirilməsi nəzərdə tutulur. Bakalavrlar TQDK-nın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər./Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm