Rəsul Cəfərova hökm oxundu: 6,6 il
Bizi izləyin

Qırmızı.az

Rəsul Cəfərova hökm oxundu: 6,6 il

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərova hökm oxunub. Məhkəmənin hökmü ilə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İnsan Haqları Klununun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm