• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Azəriqaz" təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısını alıb

"Azəriqaz" təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısını alıb

“Azəriqaz” İstehsalat Birliyi (İB) təbii qazdan istifadə qaydalarının pozulması hallarının qarşısını almaq məqsədilə tədbirləri davam etdirir.

Cari ilin yanvar ayında birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulması səbəbindən 3439600 kubmetr həcmində təbii qaz itirilib. Bu pozuntulara yol vermiş 2323 istehlakçının qaz təsərrüfatına müvafiq qüsur aktı tərtib olunub. Tərtib olunmuş həmin aktlara əsasən, dəymiş ziyan 343960 manat dəyərində hesablanıb.

Aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün də müvafiq tədbirlərin görülməsi istiqamətində tədbirlər görülür.

“Azəriqaz” İB təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR