Yasamalda yaşayış binasında partlayış və yanğın olub
Bizi izləyin

Qırmızı.az

Yasamalda yaşayış binasında partlayış və yanğın olub

Gecə Bakının Yasamal rayonu Şərifzadə 78 ünvanında yerləşən 5 mərtəbəli binada partlayış və yanğın hadisəsi baş verib.

Gecə Bakının Yasamal rayonu Şərifzadə 78 ünvanında yerləşən 5 mərtəbəli binada partlayış və yanğın hadisəsi baş verib.

Binanın 3-cü mərtəbəsində elektrik şiti naməlum səbəbdən partlayıb, daha sonra qısa bir zamanda ətrafı alov bürüyüb.

Əraziyə cəlb olunan yanğınsöndürən maşınlar tezliklə alovun mənzillərə keçməsinin qarşısını alıb.

Binada yaşayan sakinlər bildirir ki hadisə baş vermədən öncə işıq bir neçə dəfə yanıb sönüb.

Yanğın zamanı xəsarət alan olmasa da, binada yaşayan sakinlər gecəni işıqsız keçirməli olub.

Hazırda hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm