Qırmızı.az
Səlim Müslümov Əhməd Davudoğlu ilə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.
Səfərin birinci günü nümayəndə heyəti Ankaradakı Heydər Əliyev
Parkını ziyarət edib. Ümummilli Liderin parkdakı abidəsi önünə tər
çiçəklər düzülub, xatirəsi ehtiramla yad olunub.
Sonra Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycan nümayəndə
heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf edən hərtərəfli
əlaqələrin əhəmiyyətindən danışılıb. Əlaqələrimizin
möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib
Ərdoğanın birgə səyləri xüsusi vurğulanıb. Qeyd olunub ki,
ikitərəfli əlaqələrdə əmək bazarı və əhalinin sosial müdafiəsinə
dair məsələlər xüsusi yer tutur.
Türkiyənin Baş naziri diqqətə çatdırıb ki, artıq on ildən çoxdur
əmək və əhalinin sosial müdafiəsi sahəsindəki hökumətlərarası saziş
hər iki tərəfdən uğurla icra olunur və bəhrəsini verir.
Səlim Müslümov iki ölkənin müvafiq nazirlikləri arasında sıx
əlaqələrin mövcudluğundan bəhs edib. Bildirib ki, əmək bazarı,
məşğulluq, sosial təminat, əlillərin sosial müdafiəsi, tibbi-sosial
ekspertiza və əlilliyin reabilitasiyası məsələlərində tərəflər daim
bir-biri ilə informasiya mübadiləsi aparır. Eyni zamanda,
vətəndaşlarımızın sosial müdafiəsi istiqamətində təcrübə mübadiləsi
də mövcuddur. Xüsusilə Azərbaycan tərəfi türkiyəli həmkarlarının
peşə standartlarının hazırlanması və tətbiqi, əmək münasibətlərində
üçtərəfli komissiyanın (dövlət, həmkarlar ittifaqları və
işəgötürənlər) fəaliyyəti, geniş əhatəli tibbi sığorta sisteminin
qurulması, işsizlik sığortasının tətbiqi və onun işsiz
vətəndaşların həyatındakı rolu sahəsindəki uğurlarını yüksək
qiymətləndirir. Məlumat verilib ki, bu il ilk dəfə olaraq
azərbaycanlı əlillər reabilitasiya məqsədi ilə Türkiyənin
Pamukkaledəki tibbi-sosial reabilitasiya mərkəzinə bərpa müalicəsi
məqsədilə göndəriliblər və bu proses davamlı olacaq. Burada müalicə
keçən azərbaycanlılara yüksək xidmət göstərilib.
Görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Türkiyənin
əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər
iştirak ediblər.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə və
Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq
üzrə birgə daimi komissiyanın 8-ci iclasında iştirak edəcək.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ