Hüseyn Arifin polis nəvəsi “Bandotdel”ə çağırıldı
Bizi izləyin

Qırmızı.az

Hüseyn Arifin polis nəvəsi “Bandotdel”ə çağırıldı

Azərbaycanın mərhum xalq şairi Hüseyn Arifin nəvəsi “Bandotdel”ə çağırılıb.

Axar.az xəbər verir ki, dünən Abşeron rayon Polis İdarəsi Mehdiabad polis bölməsinin əməliyyatçısı Tural Rəhmanzadə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırılıb.

Mehdiabad polis bölməsindən bildirilib ki, Hüseyn Arifin nəvəsi olan Tural Rəhmanzadə ilə bağlı müvafiq idarədə rüşvət faktına görə araşdırma başlayıb. T.Rəhmanzadənin ifadəsi alınaraq buraxılsa da, araşdırmanın davam etdiyi vurğulanır.

Mənbə onu da bildirib ki, Mehdiabad PB-də qeydə alınan bu fakt bölmə rəisi Eldar Qazıbəyovun da məsələsini DİN rəhbərliyinin gündəminə gətirəcək. Belə ki, ötən yay nazir Ramil Usubovun əmri ilə “xidmətə yararsız” kimi ağır töhmət alan Qazıbəyovun vəzifəsinə bundan sonra da davam edəcəyi şübhə doğurur.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis bölməsinin rəisi E.Qazıbəyov "xidmətə yararsız" hesab edilib. Bu, polis orqanlarında ən ağır cəza sayılır və bu cəzanı almış şəxsin təkcə vəzifədən deyil, polis sıralarından çıxarılma məsələsi müzakirə mövzusudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm