Aydın Əliyev Mingəçevirdə qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Mingəçevirdə qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 24-də saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 Yanvar küç.148) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Publika.az-a daxil olan məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Mingəçevir, Şəki, Yevlax, Ağdaş rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 23-ü saat 11:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-24) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm