Avtomobil qaçırıb adam vurdu: 1 ölü
Bizi izləyin

Qırmızı.az

Avtomobil qaçırıb adam vurdu: 1 ölü

Bakıda avtomobil qaçıran yeniyetmə ağır qəza törədib, hadisə nəticəsində bir nəfər ölüb. Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakinləri - 2000-ci il təvəllüdlü Kamran Həmzə oğlu Bəyəliyev qohumu Cəfər Bəyəliyevə məxsus “Mercedes” markalı avtomobili qaçıraraq 2001-ci il təvəllüdlü Aftandil Vahidovu və Tələt Seyidovu vurub və idarəetməni itirərək maneəyə dəyib. Nəticədə K.Bəyəliyev, sərnişini Kənan Hüseynov, A.Vahidov və T.Seyidov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. T.Seyidova edilən tibbi yardımlara baxmayaq xəstəxanada ölüb.

Digər yaralıların vəziyyəti ağırdır. Fakt Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsində araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm