Qırmızı.az
Sürücülərə xəbərdarlıq
"Sürücülər elə hesab etməsinlər ki, bal sistemi ləğv olunacaq deyə istənilən qayda pozuntusuna yol verə bilərlər. Mövcud qanunvericiliyə görə, hələ də onların balı toplanır. İl ərzində 12 və daha artıq bal toplayanların sürücülük hüququ məhdudlaşdırılacaq. Ona görə də, sürücülər daha da diqqətli olmalı və qanunun tələblərinə daha ciddi əməl etməlidirlər".
Bu barədə Trend-ə
açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət
Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi, polis polkovniki Kamran
Əliyev bildirib.
Onun sözlərinə görə, ölkədə bal sisteminin ləğvi
sürücü tərəfindən əvvəllər törədilmiş müvafiq inzibati xətalarla
bağlı araşdırma aparmaq zərurətini aradan qaldırsa da, ağır
qəzalara səbəb ola biləcək qayda pozuntularına görə, onların il
ərzində təkrar və yaxud üçüncü dəfə törədilməsinə görə sürücülük
hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Sadəcə bu, bal
sistemi ilə hesablanmayacaq.
Qeyd edək ki, əlavə edək ki, daxili işlər naziri
Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına
təqdim olunan təkliflər zərfində Azərbaycanda yol hərəkəti
qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi nəzərdə tutulur.
Təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin
minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə
bağlıdır. Təkliflərdə hətta qeyri-avtomatik rejimdə müəyyən olunan
bir çox qayda pozuntularının da avtomatik rejimə keçirilməsi
nəzərdə tutulur ki, bu da yollarda vətəndaşın həm yol patrul
inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol
polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini
daşıyır. İrəli sürülən təkliflərdən biri də budur ki, əvvəllər
avtomobil sahibinə və ya sürücüyə sənəd formasında protokol,
fotogörüntü göndərilirdisə, artıq elektron protokolla yanaşı, kağız
daşıyıcıda inzibati xəta üzrə qərar da vətəndaşa göndəriləcək və
qərarın qanuni qüvvəyə minməsindən sonra 10 gün müddətində
vətəndaşa imkan veriləcək ki, o, vəsatət qaldıra bilsin.
Xatırladaq ki, Prezident İlham Əliyev "ASAN
xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və
elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli
fərmanında dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan
inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat
vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı
şəffaf və operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini
iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim
etməlidir.
Xatırladaq ki, mövcud qanunvericiliyə görə
sürücülər bir il ərzində 12 və daha çox bal topladıqda, nəqliyyat
vasitələrini idarə etmək hüququndan məhrum edilirlər.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...