• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sabah 24 dərəcə isti olacaq

Sabah 24 dərəcə isti olacaq

Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-9, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 18-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.

Yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Aprelin 20-nə kimi temperatur nüsbətən yüksələcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR