Generalın oğlunun vurduğu şəxs ölməyib – RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Generalın oğlunun vurduğu şəxs ölməyib – RƏSMİ

“Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin bıçaqladığı şəxsin ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu Publika.az-a açıqlamasındaBaş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

“Həmin şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb”.

Qeyd edək ki, aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T. Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm