Rus “qanuni oğrular” İraqda: “Vor zakon”ların İŞİD-lə ŞOK əlaqəsi - FOTO
Bizi izləyin

Qırmızı.az

Rus “qanuni oğrular” İraqda: “Vor zakon”ların İŞİD-lə ŞOK əlaqəsi - FOTO

Kriminal aləmin iki tanınmış “qanuni oğrusu” İraq həbsxanasında saxlanılır.

Publika.az “Praym Kraym” saytına istinadən xəbər verir ki, Oleq Piroqov (ləqəbi Çirkaç) və Viktor Jarinovu (ləqəbi Sezar) ömürlük həbs cəzası gözləyir.

Hazırda İraqın Ərbil şəhərində saxlanılan “vor zakon”lar İŞİD-lə əlaqədə şübhəli bilinirlər.

Xatırladaq ki, Oleq Piroqovun adı Türkiyədə öldürülən digər “qanuni oğru” Vadim İvanenkonun məhkəməsində şahid kimi keçir. Məhkəmədə ifadə vermək istəməyən Piraqov dostu Viktor Jarinovla yezidi kürdlərinin köməyi ilə qeyri-qanuni Türkiyə sərhədini keçərək İraqa gedib. Lakin az sonra onlar İraq Kürdüstanı ərazisində həbs olunublar. “Qanuni oğruların” sərhədi qanunsuz keçmələrinə görə cəzaları o qədər böyük olmayacaq. Amma onların İŞİD üzvləri ilə əlaqələri üzə çıxıb. Buna görə isə İraqda ən azı 20 il həbs cəzası nəzərdə tutulur.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm