DSMF pensiya sistemində yeni modelin tətbiqinə başladı
Bizi izləyin

Qırmızı.az

DSMF pensiya sistemində yeni modelin tətbiqinə başladı

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dünya Bankının aktuar tədqiqatlar üzrə PROST modelinin tətbiqi reallaşdırılır. Bu barədə Publika.az-a Fondun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün Dövlət Sosial Müdafiə Fondunda Pensiya İslahatları Seçimləri üzrə Simulyasiya Aləti kimi xarakterizə edilən PROST modeli üzrə keçirilən təlimlər başa çatıb. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Dünya Bankı birgə PROST modelinin sığorta-pensiya sistemində tətbiq olunmasıyla bağlı DSMF-də brifinq-təqdimat keçirilib.

DSMF tərəfindən çoxşaxəli funksional fəaliyyət planına start verilib və hazırda müxtəlif strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. İlkin olaraq fonddaxili struktur və institusional platformanın təkmilləşdirilməsi məqsədilə müvafiq struktur vahidinin və aktuar qrupun formalaşdırılması və komplektləşdirilməsi tədbirləri icra edilib, həmçinin daxili texniki və institutsional potensialın artırılması məqsədilə bir sıra donor təşkilatları ilə (Dünya Bankı, Avropa İttifaqı və s.) intensiv təlim proqramlarının keçirilməsi razılaşdırılıb. Bununla yanaşı, aktuar modellər üzrə zəruri verilənlər bazasının hazırlanması və ölkədə mövcud pensiya sisteminə adaptasiya olunacaq aktuar modellərin müəyyənləşdirilməsi və tətbiqi ortamüddətli perspektivdə DSMF-nin əsas strateji hədəfidir.

PROST modeli dünyanın 100-ə yaxın ölkəsində tətbiq edilib. Model sığortaolunanların gələcək pensiya təminatını, pensiya sisteminin uzunmüddətli dövrdə maliyyə dayanıqlılığını, sistemin gəlir və xərclərini, sığortaolunanların gələcək pensiya təminatına təsir edə biləcək amilləri müəyyənləşdirir və pensiya sistemində kəmiyyət və keyfiyyət təhlillərinin aparılmasında əhəmiyyətli rol oynayır. PROST modeli vasitəsilə əhalinin gözlənilən ömür müddəti, ölkə iqtisadiyyatının gələcək makroiqtisadi göstəriciləri, beynəlxalq tendensiyaları nəzərə alaraq sığortaolunanların gələcək pensiya məbləğindəki dəyişmələri, sistemdə həm sığorta prinsiplərinə əsaslanan, həm də məcburi dövlət sosial sığorta haqqına bağlı olmayan pensiya öhdəliklərinin məbləği, həmçinin gələcək pensiyaçıların və sığortaolunanların sayı proqnozlaşdırılır. Bunula yanaşı, PROST modelindən istifadə etməklə hazırda dünyanın əksər ölkələrinin pensiya sisteminə əhəmiyyətli dərəcədə təsir edən qlobal yaşlanmanın pensiya sistemində yarada biləcəyi əlavə maliyyə öhdəliklərini, ölkələrin pensiya siyasəti sahəsində islahatların zəruriliyini, sığorta-pensiya sistemində həyata keçirilən hər hansı bir islahatın, makroiqtisadi göstəricilərin nəticələrinin müxtəlif gəlir səviyyəsindəki insanların hər bir kateqoriyasına təsirini müəyyənləşdirmək mümkündür.

Modelin üstünlüyü müxtəlif ölkələrin pensiya sistemlərinə çevik adaptasiya oluna bilməsidir. Azərbaycan üzrə PROST modelinin tətbiqi istiqamətində işlərin cari ilin may ayında yekunlaşdırılması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yeni modelin geniş təqdimatının keçırilməsi nəzərdə tutulub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm