Azərbaycanda yeni fond yaradılır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni fond yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni fond yaradır.

Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ankara şəhərində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçirilib. İki ölkə arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq istiqamətlərini nəzərdə tutan Protokol imzalanıb.

Protokolda Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondunun yaradılması ilə bağlı təcrübənin öyrənilməsi, hər iki nazirliyin səlahiyyət dairəsində olan məsələlərə dair birgə tədbirlərin, layihələrin həyata keçirilməsi imkanlarının araşdırılması kimi istiqamətlər də yer alıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm