Qırmızı.az
Bakıda dəhşətli qəza: "Lifan" iki yerə bölündü - 3 ölü - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda
avtobusun qəzaya uğraması ilə bağlı məlumat
yayıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)
saytına istinadən verdiyi məlumata görə, Bakının Nizami rayonunda
yol-nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq
xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Deformasiyaya
uğramış “Lifan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə
qalmış sürücü və iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində
vəfat edib.
Digər sıxılmış vəziyyətdə qalmış sərnişini
çıxararaq aidiyyəti üzrə təhvil verilib.
22:30
Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər
ağır yaralanıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov
prospektində qeydə alınıb.
Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində
yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun
kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan
üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır
xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən
xəstəxanaya çatdırılıb.
Hadisə yerində polis əməkdaşları müayinələr aparırlar.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO