Təhsil Nazirliyindən məktəblərdə pul yığılmasına REAKSİYA
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən məktəblərdə pul yığılmasına REAKSİYA

Təhsil Nazirliyi məktəblərdə müxtəlif adlar altında vəsait toplanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


Publika.az-ın məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu məlumatların şayiə olduğunu bildirib.

“Son günlərdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar və ya şərhlər gedir. Bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur”.


C.Valehov bildirib ki, hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar.

“Əgər belə hallar varsa, bu, tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu, nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir. Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm