Bakının mərkəzi prospektlərindən birini su basdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzi prospektlərindən birini su basdı - FOTOLAR

Bakının Xətai rayonunda yerləşən Xocalı prospektini su basıb

Bununla əlaqədar Xocalı abidəsinin yerləşdiyi parkda faciənin ildönümü ilə bağlı aparılan hazırlıq işləri müvəqqəti olaraq dayanıb. Suyun parkın ərazisinə keçməməsi üçün tədbir görülüb.


Hadisə yerinə “Azərsu” ASC-nin və Nəqliyyat Nazirliyinin əməkdaşları gəliblər. “Azərsu”nun Qəza Xidmətinin əməkdaşlarından musavat.com-a verilən məlumata görə, Bakı Ali Neft Akademiyasının yanında su borusunun partlaması nəticəsində Xocalı prospektini su basıb. Onların sözlərinə görə, ümumi xəttə verilən su kəsildikdən sonra boru təmir olunacaq və ya dəyişdiriləcək.



Qəza ilə bağlı bu prospektdən keçən avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Hazırda xüsusi nasoslarla su prospektdən çəkilərək kanalizasiyaya axıdılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm