Abel Məhərrəmov: "Vəziyyətdən sui-istifadə edənlər var”
Bizi izləyin

Qırmızı.az

Abel Məhərrəmov: "Vəziyyətdən sui-istifadə edənlər var”

Abel Məhərrəmov: "Vəziyyətdən sui-istifadə edənlər var”

"Son günlər ali məktəblərdə təhsil kreditləri ilə bağlı yaranan vəziyyətdən sui-istifadə edənlər, vəziyyəti başqa istiqamətə dramatikləşdirmək istəyənlər var”.

Movqe.az-ın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib. Rektor bildirib ki, dünən universitetin qarşısında da 8-10 dəqiqəlik ajiotaj yaranıb. Onun sözlərinə görə, sonradan ajiotaj yaradanların heç universitetdə təhsil almadığı məlum olub: "Müəyyən qurumlar, xüsusi olaraq dövlətçiliyin uğuruna sevinməyən adamlar belə işlərə cəhd edirlər. Azərbaycan dinamik inkişaf edir. Əfsuslar olsun ki, bunu gözü götürməyən bədxahlar da var. Belə düşüncədə olanlar da Bakı Dövlət Universiteti qarşısındakı aksiyanı təşkil etmişdilər. Həmin aksiyanın iştirakçıları Bakı Dövlət Universitetinin tələbələri deyildilər. Növbə dəyişmə vaxtına görə universitetdən 300 tələbə çıxır və içəri daxil olurdu. 50-60 insan isə universitetə kənardan gəlirdi. Orada həmin vaxt müəyyən ajiotaj yarandı, sonra isə onlar başa düşdülər ki, səhv ediblər və çıxıb getdilər. Tələbələrin tələblərinin nə olduğunu soruşanda biri də təhsildən danışmadı, özünə aid məsələlərdən danışırdılar”.

A.Məhərrəmov qeyd edib ki, narazı olduğu məsələ barədə universitet qarşısında çıxış etmək Azərbaycan gəncliyinə yaraşmır: "Onlar Azərbaycan təəssübkeşliyi, vətəndaşlıq mövqeyi olmayan gənclərdir. Mən bütün gəncləri belə qüsurlu fikirlərdən yayınmağa dəvət edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm