Azər Sarıyev MSK-dan çıxdığını təsdiqlədi
Bizi izləyin

Qırmızı.az

Azər Sarıyev MSK-dan çıxdığını təsdiqlədi

Mərkəzi Seçki Komissiyanın (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev MSK-ya artıq işdən azad olunması barədə ərizəsini yazıb.

AzVision.az-a bu barədə Azər Sarıyev məlumat verib. O, bildirib ki, fevralın 24-dən AzərTAc-da yeni işinə başlayacaq:“Mən artıq işdən azad olunma barədə ərizəmi yazdım. Fevralın 24-dən etibarən AzərTAc Dövlət Teleqraf Agentliyində işə başlayıram”..

Bildirib ki, AzərTAc-ın Türkiyə Cümhuriyyəti və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri işləyəcək..

Qeyd edək ki, Azər Sarıyev 1997-1998-ci illərdə “Avrasiya” qəzetində tərcüməçi işləyib, sonra siyasət müxbiri kimi çalışıb. Sonra, 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. 1999-2003-cü illərdə “Palitra” qəzetində baş redaktor olub. “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə əməkdaşlıq edib. 2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasının şöbə müdiri vəzifəsində çalışıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm