Postda təhqir olunan əsgər qisas aldı – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

Postda təhqir olunan əsgər qisas aldı – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Aqil Rəsulov hərbi xidmətdə olarkən əsgər yoldaşlarının şərəf və ləyaqətini alçaldıb, onlara qarşı zor tətbiq edib.

Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Aqil Rəsulov hərbi xidmətdə olarkən əsgər yoldaşlarının şərəf və ləyaqətini alçaldıb, onlara qarşı zor tətbiq edib. Publika.Az-ın araşdırmasına görə, hadisə Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində baş verib.

29 aprel 2013-cü il tarixdə, saat 17.00-da hərbi hissənin döyüş postunda əsgərlər Samir Miracov və Ceyhun Əmiraslanlı istirahətdən gec qalxıblar. Buna görə də həmin manqanın komandiri, əsgər Emil İbrahimov onlara "jım" vəziyyətini almaları barədə qanunsuz əmr verib. Həmin vaxt Aqil Rəsulov manqa komandirinin əmrini yerinə yetirib. Lakin Samir və Ceyhun əmri yerinə yetirməyib. Aqil həmin əsgərlərin onunla birlikdə "jim" vəziyyətini almadıqlarından əsəbiləşib. O, Samir və Ceyhunun döyüb.

"Mən bilərəm, manqa komandiri bilər, sənlik deyil!"

Aqil Rəsulov aprelin 30-da döyüş postunun qazmasının arxa tərəfində Ceyhun Əmiraslanlını görüb. O, Ceyhuna yaxınlaşaraq bir gün əvvəl qazmada "jim" vəziyyəti almamaqla manqa komandiri Emil İbrahimova qarşı "saymamazlıq" etməsinə görə irad tutub. Ceyhun isə ona "mən bilərəm, manqa komandiri bilər, sənlik deyil!", -deyə cavab verib. Özündən daha az xidmət edən Ceyhunun cavab qaytarmasını Aqil bəhanə edib. Buna görə də Aqil onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. Ceyhun Aqilə "heç bir var-yoxsuz mənim ağzımı söyə bilməz!", deyə ona etirazını bildirib.

"Var-yox" söyüşünün qisası

Bundan sonra Aqil Ceyhundan qisas alacağına qərar verib. Aqil "yaxşı, baxarıq!" deyərək Ceyhunun yanından gedib. Daha sonra Aqil aralarında baş vermiş mübahisə zamanı Ceyhunun onu "var-yox" söyüşü söyməsinə görə, qisasını müəyyənləşdirib. Aqil odlu silahdan atəş açaraq Ceyhuna xəsarət yetirmək istəyib. Aqil cinayət məsuliyyətinə cəlb edilməməsi üçün atəşin ehtiyatsızlıqdan açılması görüntüsü yaratmaq planı qurub. O, mayın 1-də, saat 06.00-dan 08.00-dək döyüş postunda döyüş növbətçiliyinə təyin olunub. Aqil xidmət apardıqdan sonra, saat 08.00-da manqa komandiri Emil İbrahimov tərəfindən növbədən dəyişilərək silah "doldurub-boşaltma" məntəqəsinə gedib.

Aqil xidməti istifadəsinə verilmiş "SVD" snayper tüfəngini Emil İbrahimovun yanında yoxlayıb. Bu zaman Emil əl-üz yuyulan yerə gedib. O, nəzarətsiz qalmasından istifadə edərək snayper tüfəngini təmizləmək adı ilə götürüb və qazmadan çölə çıxaraq əşya anbarı istiqamətinə gedib. Həmin vaxt Ceyhun silah doldurub-boşaltma məntəqəsinin yanında döyüş növbətçiliyini apardı. Həmin vaxt Ceyhunun əsgər Şahin Rəhimovla söhbət etdiyini görüb. Aqil heç kimin şübhələnməməsi üçün əşya anbarından silah təmizləmək üçün fırça və əski parçasını da götürüb və silahını təmizləməyə hazırlaşdığına dair görüntü yaratmağa başlayıb. Bu zaman postun yaxınlığında dayanmış əsgər Yusif Vəliyev fotoşəkil çəkdirmək məqsədi Aqili görüb və ondan snayper silahını istyib. Bu səbəbdən Aqil silahı komplekt hissələri ilə birlikdə Yusifə verib. Aqil "PSO" adlanan optik nişangahın silahın üzərində olmadığını deyərək Yusifə şəkili həmin optik cihazla çəkdirməsini məsləhət görüb. Aqil şübhə yaratmamaq məqsədilə qazmadan silaha aid "PSO"nu

gətirməsini Ceyhundan xahiş edib. Ceyhun optik nişangahı gətirərək Aqil Rəsulova verib və qazmanın yanında müşahidə aparan Şahin Rəhimovun olduğu tərəfə gedib. Aqil Yusifdən mobil

telefonu alaraq onun iki-üç dəfə fotoşəklini çəkib.

Bundan sonra Aqil öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə snayper silahın götürərək əsgər sığınacağı istiqamətində gedib. Bu zaman Şahin Rəhimovun Ceyhunun boynunun arxasını ülgüclə qırxdığını görüb. Aqil bunun öz niyyətini həyata keçirmək üçün sərfəli fürsət olduğuna qərar verərək silah təmizləmək adı ilə silahı atəşə hazır vəziyyətə gətirib və Ceyhunun ayaq nahiyyəsinə atəş açıb. Açılan atəş nəticəsində Ceyhun xəsarət alıb.

Bu əməli ilə Aqil Rəsulov Cinayət Məcəlləsinin 332.2.5 və 332.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib. Cinayət işini hakim Vidadi Nəsirov araşdırıb.

"Silahla şəkil çəkdirmək istədi"

Aqil Rəsulov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, 1 may 2013-cü il tarixdə saat 06:00-dan saat 08:00-a kimi Samir Miracov ilə birlikdə döyüş növbətçiliyində olublar. Onun sözlərinə görə, döyüş növbəsi saat 08.00-da dəyişdirilib: "Əsgər sığınacağına gələndən sonra snayper tüfənginin üzərinin tozlu olduğunu gördüm və onu çöldə təmizləmək qərarına gəldim. Tüfəngi piramidaya qoymayaraq, çölə çıxdım. Həmin vaxt məni Yusif çağırdı. Mən də onun yanına getdim. Yusif silahı ilə şəkil çəkdirmək istədiyini bildirdi. Buna etiraz etmədim. Həmin vaxt silahın üzərində optik nişangah olan PSO olmayıb. Silahın

patron darağı patron çantasında qalıb. Yusif Vəliyev silahın bütün komponentləri ilə birlikdə şəkil çəkdirmək istədiyi üçün silahın həm patron darağını, həm də optik nişangahını silahın üzərinə taxmağımı xahiş etdi. Silahın optik nişangahının silahın üzərində

olmadığını, onun qazmada olduğunu dedim. Lakin patron darağı üzərimdə olduğundan onu silaha taxdım. Həmin vaxt Ceyhun Əmiraslanlının əl-üz yuyulan yerdən gəldiyini gördüm və ona qazmadan PSO-nu gətirməsini dedim. Ceyhun da qazmaya gedərək PSO-nu gətirdı. Həmin PSO-nu silahın üzərinə taxdım və Yusifə verdim".

"Qəsdən atəş açmamışam"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Yusif silahla şəkil çəkdirəndən sonra geri qaytarıb. O, silahı alandan sonra təmizləməyə başlayıb: "Silahı yoxlamaq məqsədilə çaxmağını çəkdim. Bu zaman silahdan atəş açıldı. Həmin vaxt patron darağının silahın üzərində olması yadımdan çıxmışdı. Həmçinin patron darağı bir qədər kiçik həcimli olduğundan gözümdən yayınmışdı. Patron darağının silahın üzərində olması fikrimdən çıxıb. Silahı yoxlayan zaman başımı bir qədər aşağı əydiyimdən silahın lüləsinin hansı istiqamətə yönəldiyinə fikir verməmişəm. Atəş nəticəsində silahdan çıxan güllə Ceyhun ilə Şahinə dəyib. Ceyhun yerə yıxılıb, Şahin isə qışqıraraq, büdrəyob. Həmin vaxt tez silahı yerə tullamışam və Ceyhunun yanına qaçmışam. Sonra qazmadan leytenant Eyvazov Arzuman və Elçin Həsilov çıxıb. Onlar Şahinə və Ceyhuna ilkin tibbi yardım göstəriblər. Təxminən 5-10 dəqiqə sonra taborun həkimi hadisə yerinə gəlib və yaralılara tibbi yardım göstərib".

Aqil Rəsulov deyib ki, heç kimə qarşı zor tətbiq etməyib: "Heç

kimi döyməmişəm. Heç kimə də "jim" vəziyyətini alması barədə komanda verməmişəm. Manqa komandirinin Ceyhun Əmiraslanlının və Samir Miracovun "jim" komandası verməsini və onları döyməsini görməmişəmş Heç kimə qəsdən atəş açmamışam".

"Ömürlük şikəst olmuşam"

Zərərçəkmiş Ceyhun Əmiraslanlı ifadəsində hadisəni olduğu kimi danışaraq qeyd edib ki, Aqil Rəsulovla barışmayıb: "Aqil Rəsulov məni qəsdən vurub. Buna görə də ömürlük şikəst olmuşam. Ona qanunla müəyyən edilmiş qaydada cəza veriməsini xahiş edirəm".

Məhkəmə digər zərərçəkmiş Şahin Rəhimov və hadisənin şahidlərini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Aqil Rəsulov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən aspelyasiya şikayəti verib. O, şikayətində barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.

Aqil Rəsulovun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Aqil Rəsulovun apelyasiya şikayəti qismən təmin edilib və Tərtər Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Aqil Rəsulova təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 il 6 aya endirib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm