• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Səlim Müslümov 120 nəfərdən çox vətəndaşı qəbul edib

Səlim Müslümov 120 nəfərdən çox vətəndaşı qəbul edib

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu şəhərin və Qubadlı, Abşeron, Xızı rayonlarının sakinlərini qəbul edib.

Publika.Az-ın verdiyi xəbərə görə, «Açıq qapı» şəraitində ümumilikdə 120 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib.


Müraciətlərin əksər qismi dövlət hesabına mənzil və minik avtomobilləri, reabilitasiya vasitələri və münasib işlə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və əlillik dərəcələrinin verilməsi kimi məsələləri əhatə edib. Hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə araşdırılıb və vətəndaşların qaldırdıqları məsələlərin obyektiv və ədalətli şəkildə həll olunması üçün müvafiq tədbirlər görülüb.


S.Müslümov bir sıra imtiyazlı vətəndaşlara bərpa müalicəsi üçün sanator-kurort yollayışlarının, nazirliyin tabeliyindəki müalicə müəssisələrinə göndərişlərin verilməsi, xaricdə müalicələrinin təşkilinə aidiyyatı köməklik göstərilməsi, müraciət edən işsiz vətəndaşların məşğulluq xidməti vasitəsilə münasib işlə təmin edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.


Qəbul zamanı minik avtomobili almaq üçün növbədə olan əlillərə bu il ərzində avtomobil ala biləcəkləri, mənzil növbəliliyi siyahısında olan imtiyazlı vətəndaşlara isə yaşadıqları ərazidə əlil və şəhid ailələri üçün tikiləcək yaşayış binalarında mənzillə təmin olunacaqları bildirilib. Dövlət hesabına mənzillə təmin olunmaq üçün müraciət edən vətəndaşlara bunun üçün ilk növbədə aidiyyatı icra hakimiyyəti orqanında növbəyə dayanmaları tövsiyə olunub.


S.Müslümov müraciətlərinə əsasən bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaq, yaxud əlillik dərəcəsi almaq hüquqlarına obyektiv şəkildə baxılaraq müvafiq tədbir görülməsi barədə tapşırıqlar verib. Nazir həmçinin müraciətlərin dinlənilməsi zamanı vətəndaşlara qarşı süründürməçilik hallarına yol verdikləri aydın olan əməkdaşların fəaliyyətinin araşdırılmasını və araşdırmanın nəticəsinə uyğun olaraq inzibati tədbirlərin görülməsini tapşırıb.


Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR