Şəkidə yanğın 3 ailəni evsiz qoydu
Bizi izləyin

Qırmızı.az

Şəkidə yanğın 3 ailəni evsiz qoydu

Bu gün Şəki ərazisində 3 yerdə yanğın hadisəsi qeydə alınıb. Yanğınlardan ikisi kol-koslu ərazidə müşahidə edilsə də, digər üçüncü yanğın hadisəsi zamanı 3 ailə evsiz qalıb.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, baş verən yanğın hadisələrindən biri saat 15:30 radələrində Şəkinin Öryət kəndi ərazisində qeydə alınıb. Belə ki, yanğın kənd bələdiyyəsinə məxsus Nəcəfov Araz Abdulla oğlunun, Azalova Nəsibə Zeynulla qızının və Tovşanov Məhəmməd Mərdalı oğlunun ailələrinin yaşadığı yataqxana binasında baş verib. Hadisə zamanı təxminən 450 kvadratmetrlik ərazisi olan binanın 120 kvadratmetr ərazisi və binanın yanındakı ot tayaları tamamilə yanıb. Yaşayış binasında 2 ailə müəyyən əşyalarını yanğından xilas edə bilsə də, ancaq bir ailənin bütün əşya və sənədləri yanaraq külə dönüb.

Hadisə yerinə dərhal Şəki DYMH-nin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısını alınmaq üçün kənd camaatı da yanğınsöndürənlərə köməklik edib. Hadisə zamanı isə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxsə hadisə yerinə çağırılmış TTYS-nın əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib.

Yanğın zamanı yanğınsöndürənlər alovun qarşısını alarkən, əsən külək onların işində müəyyən çətinlik yaradıb. Belə ki, bina söndürülərkən külək səbəbindən ətrafa yayılan qığılcımlar ətrafdakı quru otlaq sahələrin yanmasına səbəb olub. Ümilkdə isə yanğının qarşısı saat 16 radələrində tamamilə alınıb. Yanğının ilkin olaraq yaşayış binasından qıraqda yerləşən otlaq sahəsindəki yanğından sıçrayan qığılcımlar nəticəsində baş verdiyi ehtimal edilir.
Digər iki yanğın hadisəsi şəhər ərazisindəki, otlaq sahələrində qeydə alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində hər iki yanğının qarşısı vaxtında alnıb. Hər üç yanğın hadisəsi ilə əlaqədar araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm