BDU tələbənin döyülməsinə görə açıqlama verdi
Bizi izləyin

Qırmızı.az

BDU tələbənin döyülməsinə görə açıqlama verdi

BDU və Təhsil Nazirliyi tələbənin döyülməsinə görə açıqlama verdi

BDU və Təhsil Nazirliyi tələbənin döyülməsinə görə açıqlama verdi

Bakı Dövlət Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı universitet tələbəsi Hüseyn Novruzovun döyülməsi faktına münasibət bildirib.

N. Ramazanlı açıqlamasında bildirib ki, H. Novruzovla BDU-nun mühafizə xidmətinin əməkdaşı Ruslan Rüstəmov arasında insident yaşanıb: “Həmin şəxslər arasında baş verən davanı əks etdirən videoya mən də baxmışam. Hüseyn Novruzovu otağıma dəvət edib, onunla söhbət etdim. O mənə dedi ki Rüstəmi döyəcəm, öldürəcəm və s. Aldığım məlumata görə, insidentə səbəb Hüseynin rektor Abel Məhərrəmovun tələbələrlə görüşündən sonra nalayiq ifadələr işlətməsi olub. Mühafizə xidmətinin əməkdaşı onu sakitləşdirməyə çalışanda, Hüseyn Novruzov ona fiziki təzyiq göstərib”.

N. Ramazanlının sözlərinə görə, müxtəlif xəsarətlər alan mühafizə xidmətinin əməkdaşı xəstəxanaya, H. Novruzov isə Polis Bölməsinə aparılıb.

Prorektor onu da vurğulayıb ki, H. Novruzov BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin 3-cü kurs tələbəsidir: “Məsələ hazırda polis tərəfindən araşdırılır. Kimin günahı varsa, o da cəzasını alacaq”.

Təhsil Nazirliyi də Bakı Dövlət Universitetinin tələbəsinin döyülməsi faktına münasibət bildirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, BDU-nun tələbəsi Hüseyn Novruzovun döyülməsi ilə bağlı material (video) nazirlik tərəfindən araşdırılacaq: “Bundan sonra isə məsələyə baxılacaq".

Qeyd edək ki, bu gün rektor Abel Məhərrəmovun tələbələrlə görüşündən sonra mühafizə xidmətinin əməkdaşları tərəfindən H. Novruzovun döyülməsini əks etdirən video yayılıb. /Qafqazinfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm