Qənirə PaşayevayaTürkiyənin Giresun şəhərinin fəxri vətəndaşlığı verildi
Bizi izləyin

Qırmızı.az

Qənirə PaşayevayaTürkiyənin Giresun şəhərinin fəxri vətəndaşlığı verildi

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin Giresun bölgəsinin fəxri vətəndaşı adına layiq görülüb.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin Giresun bölgəsinin fəxri vətəndaşı adına layiq görülüb.

Giresun Bələdiyyə sədri Kərim Aksu tərəfindən irəli sürülən və Giresun bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən, Qənirə Paşayevaya Türk dünyası üçün və Giresunun tanıdılmasındakı xidmətləri, Azərbaycanla Türkiyə arasındakı, Azərbaycanla Giresun arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə, Giresunun fəxri vətəndaşlığı haqda sənəd təqdim olunub.

Qənirə Paşayeva qələmə aldığı “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabında “bir dost ilə sevdim” dediyi Giresunu bir giresunludan daha artıq tanıtması, sevgisi nəzərə alınaraq Giresunun fəxri vətəndaşı elan edilib. Bu münasibətlə Giresun vilayətində, Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti, Giresun Bələdiyyə sədri Kərim Aksu, Giresun Universitetinin rektoru Aygün Attar, Giresun rəsmiləri bölgə vətəndaşları və KİV-in iştirakı ilə “Qənirə Paşayevaya Fəxri Vətəndaşlığı təqdim etmə mərasimi” təşkil olunub. `

Təqdimat mərasimində əvvəlcə çıxış edən Giresun Bələdiyyə sədri Kərim Aksu Qənirə Paşayevanı bir giresunludan daha çox giresunlu adlandırıb. “Mənim 5 illik Bələdiyyə sədrliyim dövründə Giresun Bələdiyyəsi olaraq 2 nəfəri fəxri vətəndaşlıq adına layiq görmüşük. Ancaq Qənirə Paşayevaya verdiyimiz adın xüsusi yeri var. Çünki Qənirə Paşayeva Türk dünyasının birliyi və bərabərliyi üçün ürəklə çalışır. Eyni zamanda Azərbaycanın bizim qəlbimizdə xüsusi yeri var. O “bir dost ilə sevdim səni” adlandırdığı Giresunu o qədər gözəl şəkildə tanıdıb ki, bəlkə heç bir giresunlu belə edə bilməzdi.

Biz Qənirə Paşayevaya fəxri vətəndaşlıq hüququ verməklə deyə bilərik ki,dünyanın bir çox yerində Giresunu təmsil edən vətəndaşımız var”.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirib: “Giresun mənim içimdədir. Mən bura gələndə gördüm ki,onların hamısı mənim insanımdır. Giresunun fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Giresunda olmaq başqa duyğudur. Mən Giresuna yazımda “bir dost ilə sevdim səni” demişəm. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm. Ona görə də məni bu ada layiq görən hər kəsə o cümlədən Bələdiyyə sədri Kərim Aksuya, Giresun Universitetinin rektoru Aygün Aksuya təşəkkür edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm