ABŞ-ın hərbi akademiyasında Azərbaycanla bağlı tədbir keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

ABŞ-ın hərbi akademiyasında Azərbaycanla bağlı tədbir keçirilib - FOTOLAR

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Merilənd ştatının paytaxtıAnnapolis şəhərində yerləşən Hərbi Dəniz Akademiyasında ABŞ-Azərbaycanmünasibətlərinə dair təşkil edilən tədbirdə iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Merilənd ştatının paytaxtıAnnapolis şəhərində yerləşən Hərbi Dəniz Akademiyasında ABŞ-Azərbaycanmünasibətlərinə dair təşkil edilən tədbirdə iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbir çərçivəsində akademiyanın kursant və müəllim heyəti qarşısında çıxış edən səfir ABŞ tarixində önəmli rol oynamışyüzlərlə dövlət xadiminin məzunu olduğu belə bir mötəbər təhsil müəssisəsində olmaqdan məmnunluq duyduğunu ifadə edib.

Səfir Heydər Əliyevin NATO-nun təsis edilməsinin 50 illiyi ilə əlaqədar ABŞ-aişgüzar səfəri çərçivəsində 1999-cu ilin aprelin 23-də akademiyada etdiyi tarixiçıxışı xatırladaraq,bu xüsusda kursant-müəllim heyəti önündə çıxış etməyin qürurverici olduğunu bildirib.

ABŞ-Azərbaycan münasibətləri barədə danışan səfir münasibətlərin strateji xarakter daşıdığını bildirib və bunun göstəricisi olaraq ölkələrimizin bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ümumi mövqeyə malik olduğunu bəyan edib. Diplomat Azərbaycanın beynəlxalq sülh məramlı əməliyyatlarda fəal iştirakı, habelə Əfqanıstandakı Beynəlxalq TəhlükəsizliyəYardım Qüvvələrinə dəstəyi, daşımalar üçün yaradılmış tranzit imkanları vəölkəmizin qeyri-hərbi töhfələri barədə kursant-müəllim heyətini məlumatlandırıb.

E.Süleymanov Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının böyük bir hissəsinin hələ də işğal altında olmasını diqqətə çatdırıb və tezliklə münaqişənin ədalətli həllinin tapılmasının Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar edilməsi üçün əsas amil olduğunu qeyd edib. Səfir MinskQrupunun həmsədrlərindən biri olaraq Ermənistan-Azərbaycan münaqişənin həlli prosesində ABŞ-ın daha aktiv və məqsədyönlü rolunun zəruri olduğunu bildirib.

Daha sonra səfir akademiyanın rəisi, vitse-admiral Maykl Millerlə ikitərəfli görüşkeçirib. Görüş zamanı qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq məsələləri,o cümlədən gələcəkdə azərbaycanlı tələbələrin akademiyada təhsil almaqimkanları və digər mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.Bununla yanaşı, səfər çərçivəsində səfir Hərbi Dəniz Qüvvələri Akademiyasının 4000 nəfərlik kursant heyəti ilə birgə nahar edib.

Qeyd edək ki, 1845-ci ildən fəaliyyət göstərən Hərbi Dəniz Akademiyası ABŞ-ınən mötəbər hərbi təhsil ocaqlarından biri hesab olunur. Akademiyada ABŞ HərbiDəniz Qüvvələri və Dəniz Piyadaları üçün peşəkar zabit və mütəxəssislər hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm